Medianews.az
Həyat yoldaşını öldürüb həmin silahla
85 baxış

Həyat yoldaşını öldürüb həmin silahla İNTİHAR ETDİ

Türkiyənin Konya şəhərində boşanma mərhələsində olduğu həyat yoldaşını güllələyən şəxs polis təqibi zamanı intihar edib.

Medianews.az xəbər verir ki, hadisə səhər saatlarında Karatay rayonunun Emirgazi məhəlləsində yerləşən Hilal küçəsində baş verib. İddialara görə, fabrikdə çalışan 50 yaşlı Yüksel S. işə getmək üçün evdən çıxarkən boşanma prosesində olduğu həyat yoldaşı, 64 yaşlı Əli Sarıkayanın silahlı hücumuna məruz qalıb.

Açılan atəş nəticəsində ağır yaralanan qadın yerə yıxılıb. Şübhəli isə hadisə yerindən avtomobillə qaçıb.

Məlumat əsasında əraziyə polis və təcili tibbi yardım briqadaları göndərilib. Yaralı qadın ilkin tibbi yardımdan sonra Konya Şəhər Xəstəxanasına aparılıb. Onun vəziyyətinin ağır olduğu bildirilib.

Qaçan şübhəlinin axtarışına başlayan polis əməkdaşları Əli Sarıkayanı Konya-Aksaray yolunda mühasirəyə alıb. Tutulacağını anlayan Sarıkaya üzərindəki silahla özünü vurub.

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan şübhəli həkimlərin müdaxiləsinə baxmayaraq həyatını itirib.

Faktla bağlı araşdırma davam etdirilir.

Medianews.az

Bizə qoşulun