Medianews.az
Hər gün ağ çörək yemək təhlükəlidirmi? -
107 baxış

Hər gün ağ çörək yemək təhlükəlidirmi? - açıqlama

Ağ çörək gündəlik rasionda ən çox müzakirə olunan məhsullardan biridir.

Medianews.az xəbər verir ki, “Real Simple” nəşri üç dietoloqun fikirlərini öyrənib.

Valeri Kallen: Ağ çörək tamamilə zərərli deyil. O, tez həzm olunur və sürətli enerji verir. İdman öncəsi və ya uzun müddətli fiziki fəaliyyət zamanı faydalı ola bilər.

Koko Pyerrel: Rafinasiya olunmuş unla hazırlanır, az lif və qida maddəsi var. Tez həzm olunduğu üçün qan şəkərini sürətlə qaldırır və endirir, bu isə aclıq hissini tez qaytarır. Uzunmüddətli istifadədə balanssız qidalanma nəticəsində yağ yığılması və xroniki aclıq hissi yarana bilər.

Mişel Mihelis: İnsanların reaksiyası fərqlidir. Sağlam şəxslərdə bu təsir müvəqqəti ola bilər. Əgər rasion liflə zəngindirsə, gündəlik ağ çörək istifadəsi ciddi problem yaratmaya bilər. Hətta bəzi həzm xəstəliklərində (məsələn, Kron və ya kolit zamanı) ağ çörək tövsiyə olunur, çünki asan həzm olunur.

Ağ çörək tamamilə zərərli deyil, amma onu balanslı rasionun bir hissəsi kimi qəbul etmək vacibdir. Daimi və təkbaşına istifadəsi isə sağlamlıq riskləri yarada bilər.

Medianews.az

Bizə qoşulun