Medianews.az
Hər ağrıya dərman olmaz:
98 baxış

Hər ağrıya dərman olmaz: həkimdən təhlükəli xəbərdarlıq

“Baş ağrısını davamlı olaraq dərmanlarla “boğmaq” ciddi xəstəliklərin gizli qalmasına səbəb ola bilər”.

Medianews.az xəbər verir ki, bu barədə terapevt İrina Volqina bildirib.

Onun sözlərinə görə, adi ağrıkəsicilərlə keçməyən, tez-tez təkrarlanan və ya xarakteri dəyişən baş ağrıları orqanizmin ciddi siqnalıdır. Belə hallarda yalnız dərman qəbul etməklə kifayətlənmək düzgün deyil.

Həkim qeyd edib ki, mütəmadi baş ağrıları miqrenin əlaməti ola bilər və bu xəstəlik xüsusi müalicə tələb edir. Eyni zamanda bu hal yüksək qan təzyiqi ilə bağlı hipertoniya xəstəliyinin göstəricisi də ola bilər. Bu zaman təzyiqin nəzarətdə saxlanılması vacibdir.

Volqina xəbərdarlıq edib ki, səbəbini bilmədən baş ağrısını daim dərmanlarla azaltmaq insult, beyin şişi, meningit və ya sinusit kimi təhlükəli xəstəliklərin vaxtında aşkarlanmasının qarşısını ala bilər. Bundan əlavə, stress və oturaq həyat tərzi ilə bağlı yaranan xroniki gərginlik tipli baş ağrıları da mümkündür.

Aşağıdakı hallarda dərhal həkimə müraciət etmək tövsiyə olunur:

  • baş ağrısının qəfil və fərqli şəkildə dəyişməsi
  • ağrının çox güclü olması
  • hərarət, ürəkbulanma və qusma
  • nitq və hərəkət pozuntuları
  • üz və ya ətraflarda keyimə

Mütəxəssislər vurğulayır ki, baş ağrısını uzun müddət nəzərə almamaq həm iş qabiliyyətini

Medianews.az

Bizə qoşulun