ABŞ Hərbi Donanmasında xidmət edən Azərbaycan əsilli zabit Nəimi Amiral ABŞ-nin Pakistandakı hərbi attaşesi vəzifəsinə təyin olunub.
Medianews.az xəbər verir ki, bu barədə onun dostu, diaspora üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat yayıb.
Qeyd edək ki, Nəimi Əmiral Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub. Nyu-York Dövlət Universitetini iki magistr dərəcəsi – İqtisadiyyat və Siyasi Əlaqələr üzrə bitirib. Azərbaycan, ingilis, rus və italyan dillərini mükəmməl bilir.
O, 2001-ci ildə 11 sentyabr hadisələrindən qısa müddət sonra ABŞ Hərbi Donanmasında xidmətə başlayıb və daha sonra, 2005-ci ilin avqustunda ABŞ Dəniz Donanmasının zabit məktəbini bitirdikdən sonra Prezident Corc Buşun sərəncamı ilə zabit rütbəsi alıb.
Nəimi Əmiral son olaraq ABŞ Donanmasının Avropa və Afrika qüvvələri baş qərargahında xarici əlaqələr zabiti olaraq xidmətdə olub.//Qafqazinfo
