Medianews.az
Gürcüstanda bahalaşma neçə faizə çatır?
95 baxış

Gürcüstanda bahalaşma neçə faizə çatır?

Gürcüstanın Milli Statistika Xidməti inflyasiya hesabatı yayıb.

Medianews.az bildirir ki, rəsmi məlumata görə, apreldə istehlak qiymətləri 2025-ci ilin eyni ayı ilə müqayisədə 5,9 faiz artıb. Nəqliyyatda bahalaşma 10,3 faiz, ərzaq və spirtsiz içkilərdə 7,5 faiz, spirtli içkilər və tütün məmulatlarında, həmçinin kommunal xidmətlərdə 6,5 faiz, geyim və ayaqqabılarda 2,9 faiz göstərilir.

Rabitə xidmətlərinin 4 faiz, mebel və məişət əşyalarının 2,4 faiz ucuzlaşdığı xəbər verilir.

Medianews.az

Bizə qoşulun