Günəş şüasından yaranan yanıqlar dəri xərçəngi riskini artırır. Ona görə də yayda günün pik saatlarında - səhər saat 11-dən axşam saat 4-ə qədər günəş şüalarından çəkinmək sağlamlığınız üçün ən yaxşı seçimdir.
Bunu Sankt-Peterburqdakı "Bud Zdorov" klinikasının həkimi Yana Novikova yerli mediaya açıqlamasında deyib.
O qeyd edib ki, həssas dəriyə malik qulaqlar və burun gəzərkən daim günəş şüalarına məruz qalır: "Onlar çıxıntılı bədən üzvləridir və nadir hallarda hansısa sipər və ya günəş eynəyi ilə şüalardan müdafiə olunurlar. Günəşin şüalarından qoruyan kremlər isə yanaqlara və ya alına nisbətən buruna daha az və daha nazik şəkildə çəkilir. Tədqiqatlar göstərir ki, baş və boyun melanomalarının 7%-ə qədəri qulaqlarda yaranır və burun ilə qulaqların dərisi çox vaxt melanoma olmayan dəri xərçənglərinin (bazal hüceyrəli karsinoma, skuamöz hüceyrəli karsinoma) yarandığı yerə çevrilir"./publika.az