Somnoloq Yelena Kolesniçenko yuxu rejimi və sağlamlıq üçün lazım olan yuxu müddətini açıqlayıb.
Medianews.az xəbər verir ki, həkim bildirib ki, 18-60 yaş arası insanlar üçün gündə ən azı 7 saat yuxu tövsiyə olunur.
Mütəxəssisin sözlərinə görə, əksər insanlar üçün ideal yuxu müddəti 7-9 saatdır. 65 yaşdan yuxarı şəxslər üçün bu göstərici 8-9 saat ola bilər. Bəzi insanlara 6 saat kifayət etsə də, digərləri üçün 10 saat yuxu lazım ola bilər.
Həkim həmçinin vurğulayıb ki, təkcə yuxunun miqdarı deyil, onun müntəzəmliyi də sağlamlıq üçün vacibdir.
Medianews.az