Görmə qabiliyyətinin pisləşməsi çox vaxt erkən xəbərdaredici əlamətlərin nəzərə alınmaması ilə bağlı olur.
Medianews.az-ın məlumatına görə, oftalmoloq Anton Kazantsev bildirib ki, bəzi simptomlar ciddi problemlərin, hətta korluğun ilkin siqnalları ola bilər.
Həkimin sözlərinə görə, ən vacib əlamətlər bunlardır:
- Görmənin qəfil zəifləməsi
- Göz önündə ləkələr və işıq çaxmaları
- Gözlərdə ağrı və hərəkət zamanı narahatlıq
- Tez-tez baş ağrıları və gözlərdə təzyiq hissi
- İşığa həssaslıq və səbəbsiz quruluq
- İstirahətdən sonra belə keçməyən göz diskomfortu
Mütəxəssis vurğulayıb ki, bu cür əlamətlər yaranarsa, vaxt itirmədən həkimə müraciət etmək lazımdır. Erkən diaqnoz görməni qorumaq üçün əsas şərtlərdən biridir.
Medianews.az