Medianews.az
Gənələrdən qorunmağın
91 baxış

Gənələrdən qorunmağın yolu

Amerikalı epidemioloq Terri Detano gənə dişləməsindən qorunma yollarını açıqlayıb.

Medianews.az xəbər verir ki, onun sözlərinə görə, gəzinti zamanı kollu, sıx meşəlik, hündür otlu və yarpaqlı ərazilərdən uzaq durmaq lazımdır.

Buna səbəb sözügedən yerlərdə gənələrin çox olmasıdır.

Mütəxəssis əlavə edib ki, qorunmaq üçün repellentlərdən istifadə etmək, qapalı geyimlər seçmək, gəzintidən sonra özünü və ev heyvanlarını yoxlamaq, həmçinin evə qayıtdıqdan sonra duş qəbul etmək tövsiyə olunur.

Medianews.az

Bizə qoşulun