Medianews.az
Gəlin toyunda
79 baxış

Gəlin toyunda anasını döydü

Polşada toy mərasimi gözlənilməz hadisə ilə yadda qalıb.

Medianews.az xəbər verir ki, 42 yaşlı gəlin anası ilə mübahisə etdikdən sonra ona hücum edib.

Şahidlərin sözlərinə görə, mübahisə qısa zamanda davaya çevrilib. Gəlin anasını bir neçə dəfə vurub və yerə yıxıb. Hadisə yerinə çağırılan polis qadını saxlayaraq gəlinlikdə və qandallı halda polis bölməsinə aparıb.

Zərərçəkən qadına tibbi yardım göstərilib. Gəlin bir müddət sonra sərbəst buraxılsa da, ona 14 gün ərzində anası ilə əlaqə saxlamaq qadağan edilib.

Məlumata görə, hadisə zamanı gəlin sərxoş vəziyyətdə olub.

Medianews.az

Bizə qoşulun