Medianews.az
Fil turistun üstünə yıxıldı,
73 baxış

Fil turistun üstünə yıxıldı, qadın ÖLDÜ

Hindistanda 33 yaşlı turist qadın filin altında qalaraq ölüb.

Medianews.az xəbər verir ki, hadisə Karnataka ştatında “Dubare” parkında turistlərin fillərin yuyulması və yemlənməsini izlədiyi vaxt baş verib.

İki fil arasında gərginlik baş verib və heyvanlardan biri yıxılıb. Ətrafdakı insanlar qaçmağa başlayıb.

Fil büdrəyən bir qadının üzərinə yıxılıb və onu əzib.

Yerli hakimiyyət hadisə ilə bağlı araşdırma başladıb və oxşar hadisələrin qarşısının alınması üçün tədbirlər görüləcəyini bildirib.

Medianews.az

Bizə qoşulun