FİFA prezidenti Canni İnfantino bildirib ki, 2026-cı il Dünya Çempionatının qalibinə kubok ABŞ prezidenti Donald Tramp ilə birlikdə təqdim ediləcək.
Medianews.az xəbər verir ki, İnfantinonun sözlərinə görə, onlar final matçını birlikdə izləyəcək və mükafatı qalib komandaya birlikdə verəcəklər.
2026 Dünya Çempionatının finalı 19 iyulda ABŞ-nin Nyu-Cersi ştatında keçiriləcək. Hazırkı dünya çempionu isə Argentinadır.
Medianews.az