“Kəsmik yüksək protein tərkibi və faydalı xüsusiyyətləri ilə tanınsa da, bəzi hallarda sağlamlıq üçün risk yarada bilər”.
Medianews.az xəbər verir ki, bunu diyetoloq Rob Hobson deyib.
Diyetoloqun sözlərinə görə, kəsmikdə digər süd məhsulları ilə müqayisədə daha çox natrium olur. Məsələn, onun tərkibində qatıqdan daha çox duz var. Bu isə istehsal prosesində duzun əlavə edilməsini tələb edən texnologiya ilə bağlıdır.
Hobson qeyd edib ki, kəsmiyin bir standart porsiyasında təxminən 300–400 milliqram natrium ola bilər. Onun sözlərinə görə, bu miqdar sağlam insanlar üçün təhlükəli sayılmasa da, yüksək qan təzyiqindən əziyyət çəkən və duz qəbulunu məhdudlaşdırmalı olan şəxslər üçün problem yarada bilər.
Diyetoloq vurğulayıb ki, hipertoniyadan əziyyət çəkən insanların kəsmikdən tamamilə imtina etməsinə ehtiyac yoxdur. Lakin onlar gündəlik qida rasionunu planlaşdırarkən bu məhsulun natrium tərkibini nəzərə almalıdırlar.
Medianews.az