Medianews.az
Amerikanın əsgərlərini bir zərbə ilə yerə yıxdı -
165 baxış

Amerikanın əsgərlərini bir zərbə ilə yerə yıxdı - VİDEO

Cənubi Koreyanın Pyonqtek şəhərində 30 yaşlarında olduğu bildirilən sərxoş bir şəxs iki ABŞ əsgərinə hücum edib.

Medianews.az xəbər verir ki, hadisə ABŞ-nin Camp Humphreys hərbi bazasının yerləşdiyi ərazidə baş verib.

Təhlükəsizlik kamerasının qeydə aldığı görüntülərdə hücum edən şəxsin əvvəlcə 20 yaşlı ABŞ ordusu əsgərinə yumruq vurduğu, əsgərin isə aldığı zərbədən sonra asfaltın üzərinə yıxıldığı görünür. Bundan sonra şübhəli ikinci əsgərə də hücum edib.

Hadisə şahidlərinin məlumatı əsasında əraziyə gələn polis əməkdaşları hücumçunu hadisə yerində saxlayıblar. Faktla bağlı araşdırma aparılır.

Yaralanan ABŞ əsgərlərinin sağlamlıq vəziyyəti ilə bağlı rəsmi qurumlar hələlik ətraflı məlumat yaymayıb.

Hadisənin təhlükəsizlik kamerasına düşən görüntüləri sosial şəbəkələrdə və Cənubi Koreya mətbuatında geniş müzakirələrə səbəb olub.

Medianews.az  

Bizə qoşulun