Medianews.az
Ermənistanda hər 100 nəfərin... –
132 baxış

Ermənistanda hər 100 nəfərin... – MARAQLI STATİSTİKA

Ermənistanın Statistika Komitəsi 100 nəfər hesabı ilə göstəricilər yayıb.

Medianews.az bildirir ki, rəsmi açıqlamaya görə, 2024-cü ildə hər 100 nəfərin 64-ü şəhərdə, 36-sı kənddə yaşayıb.

Hər 100 nəfərin 37-si paytaxt Yerevanda, 63-ü ölkənin başqa ərazilərində ömür sürüb.

Hər 100 nəfərin 47-si kişi, 53-ü qadın olub.

Hər 100 nəfərin 20-si uşaq, 60-ı əmək qabiliyyətli yaşda, 20-si isə pensiya yaşında (63 yaşdan başlayır) olub.

Hər 100 nəfərin 98-i erməni, 2-si başqa millətin nümayəndəsi kimi qeydə alınıb.

Hər 100 nəfərin 96-sı erməni kilsəsinə sitayiş edib, 4-ü başqa dinlərə tapınıb.

Hər 100 nəfərin 99-u savadlı, onlardan 25-i ali təhsilli olub.

2024-cü il hesablamasına görə, Ermənistanda hər 100 nəfərin 21,7 faizi yoxsuldur.

Medianews.az

Bizə qoşulun