Medianews.az
Ərindən boşanmaq istəməyən qadın
262 baxış

Ərindən boşanmaq istəməyən qadın həbs edildi

İsraildə Tel-Əviv ravvin məhkəməsi dörd il ərzində davamlı olaraq ərinin boşanma sənədini qəbul etməkdən imtina edən qadının həbsinə qərar verib.

Medianews.az xəbər verir ki, qadına qarşı bu hökm ölkənin məhkəmə tarixində ikinci haldır.

Yəhudi qanunlarına görə, qanuni boşanma üçün hər iki tərəfin qarşılıqlı razılığı lazımdır və bundan imtina edənlər müxtəlif sanksiyalara məruz qala bilərlər. Hazırda İsrail həbsxanalarında 10 kişi arvadına boşanmaqdan imtina etdiyi üçün saxlanılır, qadınlara qarşı oxşar tədbirlər isə son dərəcə nadirdir.

Həbs qərarını imzalayan ravvin David Lau qeyd edib ki, qərar müttəhimin illərlə çağırış və əmrlərə məhəl qoymamasından sonra verilib.

Medianews.az

Bizə qoşulun