Türkiyədə rəsmi səfərdə olan Nigeriya Prezidenti Bola Əhməd Tinubu, Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən Beştəpədə yerləşən Prezident Sarayında rəsmi şəkildə qarşılanıb.
Medianews.az xəbər verir ki, qarşılama mərasimi zamanı Tinubu qəfildən tarazlığını itirərək yerə yıxılıb.
Hadisə əsgərləri salamlayan Nigeriya prezidentinin nazirlər heyətinin yerləşdiyi hissəyə doğru hərəkət etdiyi zaman baş verib. Tinubu büdrəyərək yıxılıb, mühafizəçilər isə hadisənin qarşısını ala bilməyiblər.
Nigeriya prezidentinin yıxılmasından sonra Prezident Rəcəb Tayyib Ərdoğan dərhal müdaxilə edərək qonaq həmkarına ayağa qalxması üçün kömək edib. Tinubuya qolundan tutaraq dəstək göstərilib.
Hadisədən sonra Nigeriya Prezidentinin səhhətinin yaxşı olduğu bildirilib. Rəsmi protokol proqramı qısa fasilədən sonra planlaşdırıldığı kimi davam etdirilib. Rəsmi səfər çərçivəsində nəzərdə tutulan görüş və tədbirlərdə hər hansı dəyişiklik edilməyib.
Medianews.az