Medianews.az
Əraqçi Ceyhun Bayramovla danışdı
121 baxış

Əraqçi Ceyhun Bayramovla danışdı

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə azərbaycanlı həmkarı Ceyhun Bayramov arasında telefon danışığı baş tutub.

Medianews.az xəbər verir ki, bu barədə İranın baş diplomatı özünün rəsmi teleqram kanalında paylaşım edib.

Məlumata görə, bu gün axşam saatlarında baş tutan telefon danışığı zamanı tərəflər regiondakı cari vəziyyəti müzakirə ediblər. Nazirlər Yaxın Şərq regionunda gərginliyin azaldılması istiqamətində atılan diplomatik addımları və irəli sürülən son təşəbbüsləri diqqətlə nəzərdən keçiriblər.

Paylaşımda həmçinin qeyd olunub ki, Əraqçi və Bayramov regional təhlükəsizliklə yanaşı, İran ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin gələcək inkişafı və qarşılıqlı maraq doğuran digər aktual mövzular ətrafında geniş fikir mübadiləsi aparıblar.

Bizə qoşulun