Medianews.az
“Enerji sistemi işləyir, vəziyyət nəzarət altındadır” -
52 baxış

“Enerji sistemi işləyir, vəziyyət nəzarət altındadır” - Şmiqal

Ukraynanın paytaxtı Kiyevdə və bir sıra regionlarda kəskin enerji böhranından sonra elektrik enerjisinin verilişi mərhələli şəkildə bərpa olunmağa başlayıb.

“Qafqazinfo” UNIAN agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukraynanın energetika naziri Denis Şmıqal məlumat verib.

O bildirib ki, görülən tədbirlər nəticəsində artıq Xarkov, Jitomir və Odessa vilayətlərinin bəzi hissələrinə işıq verilib:

“Enerji sistemi bütövlükdə işləyir və vəziyyət nəzarət altındadır. Lakin sistemdə hələ də əhəmiyyətli dərəcədə enerji çatışmazlığı müşahidə olunur. Buna görə də bir sıra rayonlarda şəbəkənin həddindən artıq yüklənməsinin və yeni qəzaların qarşısını almaq üçün məhdudiyyətlər qalmaqdadır”.

Qeyd edək ki, bərpa işləri ardıcıl şəkildə davam etdirilir, lakin tam sabitliyin təmin olunması üçün hələ də zamana ehtiyac var. Hazırda Kiyevdə metro stansiyaları sığınacaq funksiyasını yerinə yetirməyə davam edir və sistemin tam işə düşməsi üçün texniki yoxlamalar aparılır.

Bizə qoşulun