Medianews.az
Həmin materiallarda adının hallanmasına münasibət bildirdi
44 baxış

Həmin materiallarda adının hallanmasına münasibət bildirdi

Amerikalı sahibkar İlon Mask onlarla azyaşlı qızın cinsi istismar edilməsində ittiham olunan milyarder Ceffri Epşteyn işinə dair arxiv məlumatlarının ictimaiyyətə açıqlanmasına və orada adının hallanmasına münasibət bildirib. 

“Qafqazinfo” xəbər verir ki, Mask bu barədə “X” hesabında paylaşım edib. 

Onun sözlərinə görə, Ceffri Epşteynlə olan yazışmalarının onun nüfuzdan salınması məqsədilə istifadə oluna biləcəyi riskini əvvəlcədən bilib. 

Mask qeyd edib ki, “Epşteyn faylları” adlandırılan materialların açıqlanmasında israr edən məhz özü olub və onların dərc edilməsini alqışlayır:

“Epşteyn fayllarının dərc olunması məsələsində məndən daha çox israr edən olmayıb və nəhayət bunun baş verməsinə şadam”.

Mask həmçinin bildirib ki, Epşteynlə yazışmalarının həcmi az olub, milyarderin adasına səfər etmək və ya “Lolita Express” təyyarəsindən istifadə ilə bağlı dəvətləri isə daha əvvəl rədd edib.

Xatırladaq ki, ABŞ Ədliyyə Nazirliyi “Epşteyn işi” ilə bağlı genişmiqyaslı arxiv məlumatlarını ictimaiyyətə açıqlayıb. Yeni açıqlanan elektron yazışmalar amerikalı milyarder İlon Maskın da Epşteynlə təmasda olduğunu göstərib. 

Bizə qoşulun