Medianews.az
Canavarlar iti belə parçaladı -
65 baxış

Canavarlar iti belə parçaladı - ŞOK VİDEO

Türkiyənin Ardahan şəhərinin Göle rayonunda gecə saatlarında kəndə hücum edən canavar sürüsü həyətə girərək bir iti parçalayıb.

Medianews.az xəbər verir ki, hadisə təhlükəsizlik kameraları tərəfindən saniyə-saniyə lentə alınıb.

İnsident Samandöken kəndində baş verib. Gecə yarısı yaşayış məntəqəsinə daxil olan bir neçə canavar üzüm bağında olan iti hədəf alaraq hücum edib. İt saniyələr içində öldürülüb.

Kameralara düşən görüntülərdə itin qışqırıqları və canavarların hücumu aydın şəkildə əks olunub. Hadisə yerli sakinlər arasında ciddi narahatlıq yaradıb.

Kənd sakinləri bildiriblər ki, son illər sərt qış şəraiti səbəbindən canavarlar təbiətdə qida tapmaqda çətinlik çəkir və buna görə də yaşayış məntəqələrinə daha tez-tez enirlər. Onların sözlərinə görə, bu cür hücumların sayı artıb və insanlar gecə saatlarında çölə çıxmağa qorxurlar.

Medianews.az

Bizə qoşulun