Mütəxəssislər xəbərdarlıq edir ki, telefon, kompüter və televizor kimi cihazlardan yayılan mavi işıq yuxu ritmini poza və göz sağlamlığına zərər verə bilər.
Medianews.az xəbər verir ki, bu barədə göz xəstəlikləri üzrə mütəxəssis Prof. Dr. Osman Şevki Arslan danışıb.
O bildirir ki, mavi işığa uzun müddət məruz qalmaq həm görmə qabiliyyətinə, həm də boyun-iskelet sisteminə mənfi təsir göstərir.
Bu işıq sirkadiyen ritmi pozaraq, yuxu keyfiyyətini aşağı salır, ruh halını və enerji səviyyəsini zəiflədir.
Ekspert tövsiyə edir ki, yuxudan 3–4 saat əvvəl rəqəmsal ekranlardan uzaq durmaq lazımdır. Uşaqlar üçün isə ekran müddəti ciddi şəkildə məhdudlaşdırılmalıdır: 0–2 yaş arası tam qadağa, 2–5 yaş üçün isə gündə 40 dəqiqə–1 saat.
Mütəxəssis həmçinin ekranla düzgün məsafədə və vaxtında işləməyin vacibliyini vurğulayır. Uzun müddətli və səhv istifadə həm gözlər, həm də ümumi sağlamlıq üçün risklidir.
Medianews.az