Medianews.az
“Ebola”dan ölənlərin sayı
236 baxış

“Ebola”dan ölənlərin sayı ARTDI

Konqo Demokratik Respublikasında (KDR) “Ebola” virusundan ölənlərin sayı 115-ə çatıb.

Bu barədə ölkənin Rabitə və Media Nazirliyi məlumat yayıb.

Məlumata görə, hazırkı epidemiya zamanı virusa yoluxanların sayı 598 nəfərə yüksəlib. Xəstəxanalarda 297 xəstə müalicə olunur, ölüm göstəricisi isə 19,2 faiz təşkil edir.

Epidemiya İturi, Şimali Kivu və Cənubi Kivu əyalətlərindəki 25 rayonu əhatə edir. Səlahiyyətlilər yoluxmuş şəxslərlə təmasda olanların müəyyənləşdirilməsi və izlənməsi işlərini davam etdirirlər.//Operativ Media 

Bizə qoşulun