Medianews.az
Dünyanın ən varlı 10 adamı açıqlandı:
655 baxış

Dünyanın ən varlı 10 adamı açıqlandı: İlk iki arasında 144,7 milyard dollar fərq var

ABŞ birjalarının avqust ayında rekord səviyyələrə çatması, dünyanın ən zəngin insanlarının sərvətinə də təsir edib.

Medianews.az xəbər verir ki, “Forbes”-in məlumatına görə, 1 sentyabr 2025 tarixinə olan məlumata əsasən, dünyanın ən varlı 10 nəfərinin ümumi sərvəti 1% artaraq 2,13 trilyon dollara yüksəlib.

İlk onluqdakı 4 nəfər sərvət itirdiyi halda, 6 nəfər isə qazanc əldə edib. Sərvətində ən çox artım olanlar Google qurucuları Larry Page və Sergey Brin olub. Alphabet (Google) səhmlərinin təxminən 9% yüksəlməsi, onların siyahıda irəliləməsinə səbəb olub. Page-in sərvəti 20,3 milyard, Brin-in sərvəti isə 15,1 milyard dollar artıb.

 “Forbes”ə görə 1 sentyabr 2025 tarixində dünyanın ən zəngin 10 adamı:

10. Varren Buffett

Sərvəti: 150,4 milyard dollar (Berkshire Hathaway)

9. Jensen Huang

Sərvəti: 150,4 milyard dollar (Çip sənayesi – NVIDIA)

8. Steve Ballmer

Sərvəti: 151,3 milyard dollar (Microsoft, LA Clippers, investisiyalar)

7. Bernard Arnault

 Sərvəti: 154,1 milyard dollar (LVMH – lüks brendlər)

6. Sergey Brin

 Sərvəti: 165,9 milyard dollar (Google)

5. Larry Page

Sərvəti: 178,3 milyard dollar (Google)

4. Jeff Bezos

Sərvəti: 240,9 milyard dollar (Amazon)

3. Mark Zuckerberg

Sərvəti: 253 milyard dollar (Meta – Facebook, Instagram, WhatsApp)

2. Larry Ellison

Sərvəti: 270,9 milyard dollar (Oracle)

1. Elon Mask

Sərvəti: 415,6 milyard dollar (Tesla, SpaceX, xAI, X (keçmiş Twitter))

Onu da qeyd edək ki, Elon Mask ilə ikinci yerdəki Larry Ellison arasında 144,7 milyard dollar fərq var.

Medianews.az

Bizə qoşulun