23-cü dünya futbol çempionatının 48 iştirakçısının 42-si məlumdur.
Medianews.az bildirir ki, 4 yığma turnirdə debütantdır: İordaniya, Kürasao, Kabo Verde, Özbəkistan.
Haiti, Qətər, Panama 1, Kanada, Yeni Zelandiya 2, CAR, Fil Dişi Sahili, Misir, Norveç, Seneqal 3, Ekvador, Əlcəzair, Qana 4 final mərhələsi görüb.
Avstraliya, Xorvatiya, İran, Kolumbiya, Mərakeş, Səudiyyə Ərəbistanı, Tunis 6, Avstriya, Yaponiya 7, Paraqvay, Portuqaliya 8, Şotlandiya 9 çempionatda yarışıb.
ABŞ, Cənubi Koreya, Niderland 11, İsveçrə 12, Belçika, Uruqvay 14, Fransa, İngiltərə, İspaniya 16, Meksika 17, Argentina 18, Almaniya 20 çempionatda oynayıb.
Braziliya final turnirlərinin hamısında – 22 çempionatda yer alıb.
Turnirə daha 6 vəsiqənin sahibləri 2026-cı ilin martında keçiriləcək ələmə oyunlarında müəyyənləşəcək.
ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi, 2026-cı il iyunun 11-dən iyulun 19-dək keçiriləcək çempionatda komandalar 12 qrupa bölünəcək, ilk iki yeri tutanlar və üçüncülər arasında ən yaxşı nəticə göstərmiş 8 komanda 1/16 finala bilet alacaq.
1930 və 1950-ci illərdə Uruqvay, 1934, 1938, 1982 və 2006-cı illərdə İtaliya, 1954, 1974, 1990 və 2014-cü illərdə Almaniya (Qərbi Almaniya), 1958, 1962, 1970, 1994 və 2002-ci illərdə Braziliya, 1966-cı ildə İngiltərə, 1978, 1986 və 2022-ci illərdə Argentina, 1998 və 2018-ci illərdə Fransa, 2010-cu ildə İspaniya dünya çempionu olub.
Toğrul Əli,
Medianews.az