Medianews.az
Dövlət Statistika Komitəsinin yeni sədri Azər Mursaqulov kimdir? -
213 baxış

Dövlət Statistika Komitəsinin yeni sədri Azər Mursaqulov kimdir? - Bioqrafiya

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Azər Mursaqulov Dövlət Statistika Komitəsinin sədri təyin olunub.

Medianews.az bildirir ki, Azər Mursaqulov Türkiyənin Boğaziçi Univesitetinin məzunudur.

ABŞ-ın Corciya Universitetində iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

2010-2012-ci illərdə Vaşinqtonda, Beynəlxalq Valyuta Fondunun baş qərargahında Fondun icraçı direktorunun müşaviri işləyib.

2012-2019-cu illərdə Maliyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

2019-cu ildən Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru olub.

Medianews.az

Bizə qoşulun