Medianews.az
Dostunun üzünü dəhrə ilə
68 baxış

Dostunun üzünü dəhrə ilə yaraladı

Rusiyada 66 yaşlı kişi dostu ilə mübahisə zamanı ona dəhrə ilə hücum edib.

Medianews.az xəbər verir ki, hadisə aprelin 24-ü gecəsi Kemerovo vilayətinin Tərasovo kəndində baş verib.

İstintaqın məlumatına görə, tərəflər arasında yaranan mübahisə zamanı şübhəli şəxs dəhrəni götürərək qarşı tərəfin üz nahiyəsinə ağır zərbə endirib və ciddi yaralanma törədib.

Yaralı xəstəxanaya yerləşdirilib, təqaüdçü isə saxlanılıb. Onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsinə baxılır.

Medianews.az

Bizə qoşulun