23-cü dünya futbol çempionatında finişə 10 oyun qalır.
Medianews.az bildirir ki, geridə qalan 94 matçda vurulan 275 qolun 14-nü futbolçular öz qapısına yönəldib.
3 oyunçu 7 qolun, 1 oyunçu 6 qolun, 6 oyunçu 4 qolun, 14 oyunçu 3 qolun, 26 oyunçu 2 qolun, 116 oyunçu 1 qolun müəllifidir.
İyunun 11-dən ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi çempionatda dörddə bir finalın üç cütlüyü bəllidir:
Fransa – Mərakeş
Norveç – İngiltərə
İspaniya – Belçika.
Son cütlüyə 1/8 finalın Argentina – Misir və İsveçrə – Kolumbiya matçlarında aydınlıq gələcək.
1/8 final iyulun 7-də bitir. Dörddə bir final 9-12 iyula, yarımfinal 14-15 iyula, üçüncü yer uğrunda oyun və final 19 iyula təyin olunub.
Əvvəlki 22 çempionatda Braziliya 5, İtaliya və Almaniya 4, Argentina 3, Uruqvay və Fransa 2, İngiltərə və İspaniya 1 dəfə zirvəyə yüksəlib.