ABŞ-dəki daşqınlar zamanı oğlunu xilas etmək üçün suötürücü boruya atlayan 39 yaşlı qadın həyatını itirib.
Medianews.az xəbər verir ki, hadisə Tennessi ştatında baş verib.
O, sel sularının suötürücü boruda olan azyaşlı oğlunu xilas etmək üçün özünü borunun içinə atıb. Güclü axının içindən keçən uşaq digər tərəfdən sağ-salamat çıxsa da, ana boruda sıxılıb qalaraq boğulub.
Xilasedicilər qadının cansız bədənini çıxarıblar. O, bölgədəki dağıdıcı daşqınların 5-ci qurbanı olub. Bölgədə leysan xəbərdarlığı davam edir.
Medianews.az