Çoxları dondurulmuş məhsulları zərərli hesab etsə də, minimal emal olunmuş variantlar ürək sağlamlığına müsbət təsir göstərə bilər.
Medianews.az xarici mediaya istinadən sözügedən məhsulları təqdim edir:
Çiyələk – polifenollar sayəsində qan təzyiqini azaldır.
Yaban mersini (çernika) – damarları qoruyan antioksidantlarla zəngindir.
Losos – omeqa-3 yağ turşuları ürək-damar sistemini gücləndirir.
Forel – omeqa-3 mənbəyi, xolesterini azaldır.
İspanaq – azot oksidi qan təzyiqini aşağı salır.
Lima-bobları (paxlalı bitki növü) – lif və bitki mənşəli zülal ürək üçün faydalıdır.
Tofu – soya zülalı ürək-damar xəstəlikləri riskini azaldır.
Brokoli – xolesterini və təzyiqi tənzimləyir, iltihabı azaldır.
Hinduşka əti – az yağlı, B vitaminləri və minerallarla zəngin.
Medianews.az