“Dişləri səhər yeməyindən əvvəl fırçalamaq daha doğrudur”.
Medianews.az xəbər verir ki, bunu stomatoloq Dipa Çopra deyib.
Onun sözlərinə görə, bu, gecə ərzində toplanan bakteriya və diş ərpini aradan qaldırır, həmçinin dişlərin üzərində qoruyucu təbəqəni yaradır.
Mütəxəssis qeyd edir ki, səhər yeməyindən dərhal sonra diş yumaq zərərli ola bilər. Xüsusilə meyvə və ya şirə kimi turş qidalar qəbul edildikdən sonra mina müvəqqəti zəifləyir və bu vaxt fırçalama onun daha tez aşınmasına səbəb ola bilər.
Əgər dişləri səhər yeməyindən sonra fırçalamaq vərdişi varsa, ən azı 30 dəqiqə gözləmək tövsiyə olunur. Bu müddət ərzində tüpürcək turşuları neytrallaşdırır və diş minası bərpa olunur.
Medianews.az