Medianews.az
Diş plombunu məhv edən
79 baxış

Diş plombunu məhv edən QİDALAR

“Bəzi məhsullar diş plombunu sürətlə zədələyir”.

Medianews.az xəbər verir ki, bunu terapevt Nəzir Maqomedov deyib.

Onun sözlərinə görə, qoz-fındıq, qabıqlı tum, suxari, karamel kimi sərt qidalar plombun üzərində həddindən artıq yük yaradır və mikroçatlara, sonda isə qopmalara səbəb olur.

Həkim əlavə edib ki, yapışqanlı konfetlər və irislər plombu çəkərək yerindən tərpədə bilər. Qazlı içkilər, turş şirələr və sirkə kimi turş məhsullar isə həm emalı, həm də plombun materialını zəiflədir. Şəkərli qidalar isə kənarlarda ikinci dərəcəli kariyes yaradır və plombun dəyişdirilməsini zəruri edir.

Medianews.az

Bizə qoşulun