Medianews.az
Diş həkiminə getdi,
67 baxış

Diş həkiminə getdi, əl və ayaqlarını itirdi - FOTOLAR

ABŞ-də 34 yaşlı kişi diş həkiminə müraciətdən sonra ağır septis keçirərək əl və ayaqlarını itirib.

Medianews.az xəbər verir ki, hadisə Texas ştatında baş verib.

Dekabrın 29-da iltihablı diş ətləri ilə həkimə gedən xəstənin vəziyyəti qısa müddətdə pisləşib. Qana düşən bakteriyalar septisə, daha sonra ürək dayanmasına və toxumaların sürətli nekrozuna səbəb olub. Həkimlərin həyatını xilas etmək üçün yeganə yolu — dörd əzanın amputasiyası olub.

Medianews.az

Bizə qoşulun