Medianews.az
Dəhşətli qətl: Pedofili parçalayıb çemodana qoydu  –
213 baxış

Dəhşətli qətl: Pedofili parçalayıb çemodana qoydu  – FOTOLAR

ABŞ-də 19 yaşlı Lukas Sander Djons 28 yaşlı pedofili Koli Li Danieli qətlə yetirib.

Medianews.az xəbər verir ki, hadisə Florida ştatının İndialantik şəhərində baş verib.

Djons, bölgədəki seksual cinayətkarların siyahısını çap edərək 28 yaşlı Koli Li Danielı hədəf seçib. O, əvvəlcə ona beysbol dəyənəyi ilə hücum edib, sonra isə bıçaq və mişardan istifadə edərək cəsədi parçalayıb və iki çemodana yerləşdirib.

Çemodanlar Palm Bay yaxınlığında boş ərazidə tapılıb. Hadisə yerində quşların toplaşması sakinlərin diqqətini çəkib.

Polis çemodanlardan birində Amazon bağlaması üzərində Djonsun adını aşkarlayıb. Onun sevgilisi də istintaqa bildirib ki, Djons ondan təmizləyici vasitələr gətirməsini xahiş edib. Evində qan izləri tapılıb.

Hazırda Djons barəsində qətl və cəsəd üzərində təhqir ittihamları irəli sürülüb,. Araşdırma davam edir.

Medianews.az

Fotoda Lukas Sander Djons

Fotoda Koli Li Danieli

Bizə qoşulun