ABŞ-nin Viskonsin ştatında gənclər üçün keçirilən illik “Gənclər Hinduşka Ovu” zamanı faciə baş verib.
Medianews.az xəbər verir ki, 34 yaşlı kişi üç yaşlı oğluna kömək edəndə kolluqda gizlənmiş ovçunu quş zənn edib və atəş açdırıb.
Nəticədə 40 yaşlı kişi və onun 7 yaşlı oğlu yaralanıb. Onların başına, kürəyinə və əllərinə güllə dəyib. Yaralılar dərhal xəstəxanaya çatdırılıb,
Onlar hazırda müalicələrini evdə davam etdirirlər.
Bu ov mövsümü 16 yaşdan kiçik ovçular üçün nəzərdə tutulur və onları mütləq böyüklər müşayiət etməlidir.
Medianews.az