Erve Renar Tunis milli komandasının yeni baş məşqçisi təyin olunub.
Medianews.az xəbər verir ki, bu barədə Tunis Futbol Federasiyası məlumat yayıb. 57 yaşlı fransız mütəxəssis 2026-cı il dünya çempionatının sonunadək yığmaya rəhbərlik edəcək.
Federasiyadan bildirilib ki, müqavilədə mundial başa çatdıqdan sonra əməkdaşlığın davam etdirilməsi ilə bağlı danışıqların aparılması da nəzərdə tutulur. Renar daha əvvəl Səudiyyə Ərəbistanı milli komandası, Mərakeş milli komandası, Kot-d'İvuar milli komandası, Zambiya milli komandası və Anqola milli komandası ilə çalışıb.
Qeyd edək ki, iyunun 15-də Tunis millisinin əvvəlki baş məşqçisi Sabri Lamuşi vəzifəsindən azad edilmişdi. Buna səbəb komandanın dünya çempionatının qrup mərhələsinin ilk turunda İsveçə 1:5 hesabı ilə məğlub olması olub.
Tunis millisi növbəti oyunlarını iyunun 21-də Yaponiya, iyunun 26-da isə Niderland yığmasına qarşı keçirəcək.