Medianews.az
DÇ-2026 ərəfəsində maraqlı etiraf:
72 baxış

DÇ-2026 ərəfəsində maraqlı etiraf: "Az qala zədələnirdim"

İspaniya millisinin yarımmüdafiəçisi Rodri, məşq zamanı komanda yoldaşı Qavinin ona qarşı etdiyi çox sərt müdaxilə barədə danışıb.

Medianews.az xəbər verir ki, Rodri gənc futbolçunun xarakterindən söz açaraq həmin an keçirdiyi hissləri gizlətməyib:

"Qavi çox enerjilidir. Sözlərində və hərəkətlərində çəkinmir, heç nəyə əhəmiyyət vermir. Biz onun bu xarakterini çox sevirik, baxmayaraq ki, məşqlərdə hər şeyin fərqli olmalı olduğunu ona başa salmağa çalışırıq. Məşqimizin videoya çəkildiyindən xəbərim yox idi, amma həmin toqquşma anında qorxdum".

Qeyd edək ki, mətbuatda Qavinin Rodriyə az qala ağır zədə yetirəcəyini əks etdirən qorxulu kadrlar yayılmışdı.

İspaniya millisi Dünya Çempionatının "H" qrupunda Kabo-Verde, Səudiyyə Ərəbistanı və Uruqvayla mübarizə aparacaq.

Medianews.az

Bizə qoşulun