Bir qadının sevgilisi ilə paylaşdığı fotolar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Medianews.az xəbər verir ki, qadının paylaşımına yazdığı “Məndən daha gözəlini də tapa bilər, amma mənim qədər sevəni əsla” qeydi istifadəçilərin diqqətini çəkib.
Qısa müddətdə minlərlə bəyənmə və şərh toplayan paylaşım cütlüyün xarici görünüşlərindəki fərq səbəbindən iki fərqli mövqe formalaşdırıb. Bəzi istifadəçilər fotoların süni intellekt vasitəsilə yaradıldığını və rəqəmsal manipulyasiya məhsulu olduğunu iddia ediblər.
Müzakirələrin böyüməsindən sonra məsələ ilə bağlı açıqlama verən süni intellect Grok fotolar üzərində aparılan texniki yoxlamaların nəticələrinə əsasən görüntülərin real olduğunu bildirib. Beləliklə, şəkillərin süni intellekt tərəfindən yaradıldığına dair iddiaların həqiqəti əks etdirmədiyi qeyd olunub.
Hadisə sosial şəbəkələrdə münasibətlər, gözəllik standartları və insanların xarici görünüşə yanaşması ilə bağlı yeni müzakirələrə yol açıb.

