Medianews.az
Çox banan yemək
246 baxış
Yüklə

Çox banan yemək təhlükəli ola bilər

Banana gündəlik rasionda yer vermək faydalıdır, amma miqdarı önəmlidir. Diyetoloqların fikrincə, sağlam insanlar üçün optimal hədd gündə 2–3 banandır.

Medianews.az xəbər verir ki, bu miqdarda banan enerji, kalium və liflə orqanizmə fayda verir.

Çox banan yemək isə bir sıra risklər yarada bilər:

  • Artıq kalium – böyrək problemi olanlarda hiperkaliemiyaya səbəb ola bilər.
  • Qan şəkərinin yüksəlməsi – diabet xəstələri bananı protein və ya yağla birlikdə qəbul etməlidir.
  • Mədə-bağırsaq narahatlıqları – həddindən artıq lif və FODMAP tərkibi şişkinlik, qaz və diareyə yol aça bilər.

Mütəxəssislər qeyd edir ki, az yetişmiş bananlar prebiotik təsir göstərərək bağırsaq bakteriyalarını qidalandıra bilər. Bu səbəbdən banan, düzgün miqdarda qəbul edildikdə, sağlam qidalanmanın yaxşı hissəsi ola bilər.

Medianews.az

Bizə qoşulun