Medianews.az
Çəpiş əti neçəyə satılır və tələbat
72 baxış

Çəpiş əti neçəyə satılır və tələbat varmı?

Bazarlarda çəpiş ətinə tələbatın artdığı müşahidə edilir.

Xüsusən də son illərdə qəssablar bu heyvanı kəsməkdə maraqlıdırlar. Səbəb təlabatın artmasıdır.

Medianews.az Xezerxeber.az-a istinadən xəbər verir ki, çəpiş ətinin qiymətinə gəldikdə isə, hazırda bu məhsulun kiloqramı satış yerlərindən asılı olaraq dəyişir və bəzi hallarda quzu əti ilə eyni səviyyəyə çatır.

Satıcılar deyirlər ki, çəpiş ətinin əsas üstünlüyü yumşaqlığı və spesifik dadındadır. Qəssabların sözlərinə görə, çəpiş adətən müəyyən çəkiyə çatdıqdan sonra kəsim üçün uyğun sayılır. Heyvanın yaşı və çəkisi ətin keyfiyyətinə birbaşa təsir edir.

Satıcılar onu da əlavə etdilər ki, adətən təyziq xəstəliyi olanlar daha çox bu heyvanın ətini almağa üstünlük verirlər. Qiymətinin qarşıdakı aylarda enəcəyi gözlənilir. Adətən çəpiş ətinə maraq daha çox payız-qış mövsümündə olur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:

Bizə qoşulun