Cənubi Koreya millisi dünya çempionatlarında Avropa komandaları üzərində ardıcıl 3-cü qələbəsini qazanıb.
Medianews.az "Report"a istinadən xəbər verir ki, komanda bunu DÇ-2026-nın ilk turunda, Çexiya ilə matçda (2:1) reallaşdırıb.
Cənubi Koreya DÇ-2022-də Portuqaliyaya 2:1, DÇ-2018-də isə Almaniyaya 2:0 hesabı ilə qalib gəlib. Hər iki qarşılaşma qrup mərhələsində baş tutub.
Qeyd edək ki, hazırda Cənubi Koreya A qrupunda 3 xalla 2-ci pillədə qərarlaşıb. Asiya təmsilçisi iyunun 19-da Meksika yığması ilə qarşılaşacaq.