Türkiyə aktyorlar Cansu Tosun ve Erkan Kolçak Köstendil boşansalar da, əlaqəni tam üzməyiblər. Onların Marsel adında bir oğlu var. Marsellə bağlı əlamətdar günləri ata-ana bir yerdə qeyd edir.
Medianews.az xəbər verir ki, Cansu Tosun ve Erkan Kolçak Köstendil 2018-ci ildə evlənmişdilər. Marsel 2020-ci ildə dünyaya gəlib.
Cansu Tosun ve Erkan Kolçak Köstendil 2026-cı ildə boşanıblar. Bəzi sənətçilərdən fərqli olaraq onların boşanması hadisəsi səs-küysüz, qalmaqalsız keçib. Marsel anasının himayəsinə verilib.
Boşanandan sonra Cansu Tosunla Erkan Kolçak Köstendil Marselin ad gününü və onun məktəb tətilinə çıxmasını birgə qeyd ediblər. Hər iki hadisə yazda olub.



