2026-cı il FIFA Dünya Kubokunu işıqlandırmaq üçün Meksikada çalışan Cənubi Koreyalı jurnalist canlı yayım zamanı gözlənilməz hadisə ilə üzləşib.
Medianews.az xəbər verir ki, turnirlə bağlı reportaj hazırlayan müxbir canlı efirdə danışarkən, bir qadın qəfil kameranın qarşısına yaxınlaşıb.
Daha sonra qadın jurnalisti öpərək hər kəsi təəccübləndirib.
Gözlənilməz vəziyyət qarşısında çaşqınlıq yaşayan müxbir peşəkarlığını qoruyaraq yayımı davam etdirməyə çalışıb. Həmin anlar canlı yayım kamerası tərəfindən qeydə alınıb və qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb.
Dünya Kubokunun coşğulu atmosferində yaşanan hadisə futbol azarkeşləri arasında da maraqla qarşılanıb. Görüntülər turnirin ilk günlərində matçlardan kənar ən çox müzakirə olunan məqamlardan birinə çevrilib.
Sosial şəbəkə istifadəçiləri hadisə ilə bağlı müxtəlif fikirlər səsləndirərkən, görüntülər minlərlə dəfə paylaşılıb və izlənilib.
Medianews.az