Medianews.az
Cananı niyə
278 baxış

Cananı niyə görə bilmir?

Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova onun qızı ilə bağlı açıqlama verib.

Medianews.az xəbər verir ki, o, "Qonaqcanlı" proqramında mərhum sənətçinin övladı Cananı görə bilmədiyini deyib. Z.Hümbətova bildirib ki, uşağın vəziyyəti ilə maraqlanır, lakin görüşməyə vaxt tapmır:

"Görə bilmirəm. Məktəb vaxtı olanda şəhərdə qalır. İndi tətildir. Şərait var, amma görə bilmirəm. Vaxtım olmur. Yaxşıdır, tez-tez maraqlanıram. Görməsəm də maraqlanıram".

Qeyd edək ki, Zümrüd bir müddət əvvəl bacıları ilə danışmadığını açıqlamışdı.\\Axşam.az

Bizə qoşulun