Medianews.az
Buraxıldı, amma getmədi:
103 baxış

Buraxıldı, amma getmədi: Qadın 5 ay xəstəxanada yaşadı

ABŞ-də maraqlı və qeyri-adi hadisə baş verib. Xəstəxanadan rəsmi şəkildə buraxılan qadın palatanı tərk etməkdən imtina edib və daha beş ay orada qalıb.

Medianews.az-ın məlumatına görə, xəstəxana rəhbərliyi məsələ ilə bağlı məhkəməyə müraciət edib.

İddia ərizəsinə əsasən, rəhbərlik məsələni əvvəlcə sülh yolu ilə həll etməyə çalışıb. Qadına yaxınları ilə əlaqə qurmaq, eləcə də sənədlərini bərpa etmək üçün nəqliyyat dəstəyi təklif olunub. Lakin bütün cəhdlər nəticəsiz qalıb.

Bundan sonra xəstəxana məhkəməyə müraciət edərək qadının polis vasitəsilə məcburi şəkildə çıxarılmasını tələb edib.

Medianews.az

Bizə qoşulun