Medianews.az
Bu yay neçə dəfə 40 dərəcə isti olub? –
127 baxış

Bu yay neçə dəfə 40 dərəcə isti olub? – Bakıda olubmu?

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 25-26-da Bakının və Abşeron yarımadasının bəzi ərazilərində 40 dərəcəyə yaxın isti olacaq.

İyulun 25-29-da bəzi rayonlarda da temperaturun 40 dərəcəyə çatacağı, Mərkəzi Aran və Naxçıvan Muxtar Respublikasının ayrı-ayrı yerlərində isə 41 dərəcəyə yüksələcəyi gözlənilir.

Medianews.az xəbər verir ki, Azərbaycanda yay fəsli başlanandan bəri 40 dərəcə isti yalnız bir dəfə - iyulun 15-də bəzi rayonlarda qeydə alınıb.

Azərbaycanda yay fəsli iyunun 21-i günortadan başlayıb.

Bundan bir gün əvvəl, iyunun 20-si, yəni yazın son günü də 40 dərəcə isti olub. Həmin temperatur Culfa rayonunda qeydə alınıb.

Yay fəsli başlanandan hələ ki, Bakıda 40 dərəcə isti olmayıb.

Medianews.az

Bizə qoşulun