Medianews.az
Dövlət Neft Fondunun aktivləri
97 baxış

Dövlət Neft Fondunun aktivləri açıqlandı

Azərbaycan Dövlət Neft Fondunun aktivləri 72.6 milyard ABŞ dolları (123 milyard manat) təşkil edib.

Medianews.az bu barədə fonda istinadən xəbər verir.

Vəsaitlərin idarə edilməsi fəaliyyətindən əldə olunan gəlirlər 3.6 milyard manat olub.

Neft-qaz sazişləri üzrə karbohidrogenlərin satışından gəlirlər 4.9 milyard təşkil edib.

Dövlət büdcəsinə ARDNF tərəfindən 6.4 milyard manat köçürülüb.

Fondun aktivləri 2026-cı ilin əvvəlinə 73 milyard 542 milyon ABŞ dolları (125 milyard 21 milyon manat), 2026-cı il iyun ayının 30-na isə 72 milyard 596 milyon ABŞ dolları (123 milyard 414 milyon manat) təşkil edib.

2026-cı ilin yanvar-iyun ayları ərzində ARDNF-nin ümumi gəlirləri 8 milyard 531.3 milyon manat olub. Sözügedən dövrdə fondun neft-qaz gəlirləri 4 milyard 953.4 milyon manat qeydə alınıb. Vəsaitlərin idarə edilməsi fəaliyyətindən əldə olunan toplam gəlirlər 3 milyard 577.9 milyon manat təşkil edib. Büdcə xərcləri hesabat dövrü üzrə 6 milyard 449.7 milyon manat müəyyən olunub.

ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 4 milyard 953.4 milyon manat olub, o cümlədən:

- mənfəət neftinin və qazın satışından 4 milyard 947.6 milyon manat;

- bonus ödənişləri və tranzit gəlirləri 0.9 milyon manat;

- akrhesabı ödənişləri 4.9 mln. manat.

Qeyd edək ki, sözügedən dövr ərzində ARDNF-yə AÇG yatağından 4 milyard 374.9 milyon manat, Şahdəniz yatağından (qaz və kondensat) isə 437.1 milyon manat məbləğində vəsait daxil olub.

Bizə qoşulun