Medianews.az
​​​​​​​Cəlilabadda 21 yaşlı oğlan
121 baxış

​​​​​​​Cəlilabadda 21 yaşlı oğlan hovuzda boğulub

Cəlilabad rayon sakini suvarma hovuzunda boğulub.

Medianews.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon mərkəzində yerləşən meyvə bağında baş verib. Rayon sakini olan 2005-ci il təvəllüdlü Kənan Mahmudlu sərinləmək məqsədilə suvarma hovuzuna girib və suda batıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

Xilasedicilər tərəfindən aparılan axtarışlar zamanı 21 yaşlı oğlanın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bizə qoşulun