Medianews.az
Afrika Millətlər Kubokunda
99 baxış

Afrika Millətlər Kubokunda yeni dəyişikliklər

Afrika Futbol Konfederasiyası (CAF) Afrika Millətlər Kuboku ilə bağlı mühüm dəyişikliklər edib.

Medianews.az xəbər verir ki, qurumun prezidenti Patrik Motsepe 2027-ci ildən etibarən turnirdə iştirak edəcək komandaların sayının 24-dən 28-ə çatdırıldığını açıqlayıb.

2027-ci il Afrika Kuboku iyunun 19-dan iyulun 17-dək Keniya, Tanzaniya və Uqandada keçiriləcək. Yeni formata əsasən, 7 qrup yaradılacaq. Hər qrupdan ilk iki yeri tutan komandalar və üçüncü yerlər arasında ən yaxşı iki yığma pley-off mərhələsinə yüksələcək.

Motsepe qadınlar arasında Afrika Kubokunun mükafat fondunun da artırıldığını bildirib. Ümumi mükafat fondu 3,475 milyon dollardan 5,8 milyon dollara yüksəldilib. Çempion komanda isə əvvəlki 1 milyon əvəzinə 2 milyon dollar qazanacaq.\\Qol.az

Bizə qoşulun