Rusiya Prezidenti Vladimir Putin bu gün Təhlükəsizlik Şurasının iclasını keçirəcək.
Medianews.az xəbər verir ki, bu barədə jurnalistlərə prezidentin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Bu gün prezident günorta saatlarında Təhlükəsizlik Şurasının daimi üzvləri ilə brifinq keçirməyi planlaşdırır. Mövzunu prezident müəyyən edəcək”, - Peskov bildirib./Teleqraf